Estoniyadan NATO və Rusiyaya KRİTİK XƏBƏRDARLIQ: "Səhv hesablama etməyin!"
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Rusiyanın NATO-ya qarşı həyata keçirə biləcəyi “mümkün təxribatlara” ciddi yanaşmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz ayıq-sayıqlığımızı qoruyuruq, lakin Estoniyanın təhdidə dair qiymətləndirməsi dəyişməyib. Moskva üçün NATO-nun vahid olduğu və kollektiv müdafiəmizin etibarlı olaraq qaldığı barədə siqnal nə qədər aydın olsa, bir o qədər yaxşıdır. Rusiyaya səhv hesablama imkanı verilməməlidir”, – Tsaxkna yazıb.
Qiymət Mahir