Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA

Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA
30.06.2026 13:40 Dünya

Ermənistanlı politoloq Artur Xaçikyan İsrailin son açıqlamalarını şərh edərkən Cənubi Qafqazdakı geosiyasi vəziyyətə də toxunub. O, xüsusilə Mehri istiqamətində gələcəkdə gərginliyin arta biləcəyini iddia edib.

TodayPress TV xəbər verir ki, Xaçikyanın sözlərinə görə, İsrailin son mövqeyi ermənilərlə və ya qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı deyil. O hesab edir ki, bunun əsas səbəbi Türkiyə ilə İsrail arasında Suriya, Qəzza və ümumilikdə Yaxın Şərqdə nüfuz uğrunda rəqabətin kəskinləşməsidir.

Politoloq bildirib ki, növbəti geosiyasi qarşıdurmanın əsas nöqtələrindən biri Mehri ola bilər. Onun fikrincə, bu ərazi Türkiyə, Azərbaycan, İsrail və ABŞ ilə Rusiya və İranın maraqlarının toqquşduğu strateji bölgəyə çevrilir.


Xaçikyanın iddiasına görə, bir tərəf Mehri üzərindən nəqliyyat əlaqələrinin açılmasını İranın şimal istiqamətindən təcrid edilməsi, Türkiyə ilə Azərbaycanın quru əlaqəsinin təmin olunması və Rusiyanın cənubdakı kommunikasiya imkanlarının zəiflədilməsi baxımından vacib sayır. Digər tərəfdən isə Rusiya və İran bu layihənin qarşısını almağa və ya prosesdə iştirak etməyə çalışacaq.

O, həmçinin bildirib ki, Ermənistanın zəif diplomatik mövqeyi səbəbindən ölkə ilə bağlı qərarlar yenidən böyük dövlətlər arasında verilə bilər. Onun sözlərinə görə, tərəflər razılığa gəlsələr, İrəvan fakt qarşısında qala bilər, razılıq əldə olunmasa isə bölgədə gərginlik arta bilər.

Politoloq əlavə edib ki, Türkiyə ilə İsrail arasında təsir dairələrinin bölüşdürülməsi ilə bağlı razılaşma da mümkündür. Onun fikrincə, belə bir ssenaridə Türkiyə Cənubi Qafqazda, İsrail isə Yaxın Şərqdə öz maraqlarını təmin etməyə çalışacaq.

Xanım Musayeva

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər