Ərdoğanla foto Avropa İttifaqının qadın rəhbərini siyasətdən silir

Ərdoğanla foto Avropa İttifaqının qadın rəhbərini siyasətdən silir
02.07.2026 14:30 Dünya

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı sosial media hesabında paylaşım edib.

TodayPress TV xəbər verir ki, görüşdən yayılan fotoşəkil ictimaiyyətin diqqətini cəlb edib.

Fotoda Prezident Ərdoğan mərkəzdə, iri kresloda əyləşdiyi halda, Aİ-nin ali nümayəndəsi Kaya Kallasın kənarda və nisbətən kiçik kresloda oturması diqqət çəkir.

Bu görüntü bəzi müşahidəçilər tərəfindən Avropa diplomatiyasının mövqeyinin zəifləməsinin simvolu kimi qiymətləndirilib.

Bir sıra analitiklər isə bildirirlər ki, 451 milyon əhalini təmsil edən Aİ nümayəndəsinin bu şəkildə təqdim olunması Birliyin geosiyasi nüfuzunun və diplomatik çəkisinin azaldığına dair təsəvvür yaradan vizual mesaj kimi qəbul edilə bilər.


Jalə Rövşən 

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər