Allah keşişləri qorumadı - 8 dindar öldü
Tailandın şimal-şərqində yerləşən Mukdahan əyalətində 11 yaşlı uşağın idarə etdiyi pikap avtomobilin buddist rahiblərin dini yürüşünə çırpılması nəticəsində 8 rahib həlak olub, çox sayda insan yaralanıb.
TodayPress TV xəbər verir ki, yerli polis və səhiyyə orqanlarının məlumatına görə, hadisə paytaxt Banqkokdan təxminən 600 kilometr şimal-şərqdə baş verib.
Təxminən 30 buddist rahib və onları müşayiət edən mülki şəxslər ziyarət yürüşü çərçivəsində yolun kənarı ilə hərəkət edərkən idarəetmədən çıxan avtomobil onların arasına girib. Qrup hadisədən təxminən yarım saat əvvəl Ubon Ratçathani əyalətinə doğru 260 kilometrlik yürüşə başlamışdı.
Polisin bildirdiyinə görə, 5 rahib hadisə yerində, daha 3 nəfər isə xəstəxanada həyatını itirib. Daha 4 rahibin vəziyyəti ağır olaraq qalır. Bundan əlavə, 10 nəfər ağır, çox sayda şəxs isə yüngül xəsarətlərlə müalicə olunur.
İlkin məlumata əsasən, 11 yaşlı uşaq ailəsinə məxsus avtomobili icazəsiz götürüb və idarəetməni itirərək yürüş iştirakçılarını vurub.
Uşaq polis tərəfindən nəzarətə götürülüb. Onun ifadəsinin uşaq müdafiəsi əməkdaşlarının iştirakı ilə alınacağı bildirilib.
Əhalisinin böyük hissəsi buddist olan Tailandda rahiblər cəmiyyətdə böyük hörmətə malikdir və mütəmadi olaraq dini yürüşlər təşkil edirlər.
Türkan İsgəndərli