29 ştat "Meta"nı məhkəməyə verdi

29 ştat "Meta"nı məhkəməyə verdi
12.08.2026 16:43 Dünya

ABŞ-də Meta şirkəti ilə 29 ştat arasında gənclərin sosial media istifadəsinin təhlükəsizliyi ilə bağlı məhkəmə prosesi başlayıb.

TodayPress TV xəbər verir ki, iddiaçılar Meta-nı uşaqları və yeniyetmələri platformalarda daha uzun müddət saxlamaq, onların məlumatlarını qanunsuz toplamaq və istifadəçiləri təhlükəsizlik məsələlərində yanıltmaqda ittiham edir.

Məhkəmədə Meta-nın rəhbəri Mark Zuckerberg və Instagramın rəhbəri Adam Mosserinin ifadə verməsi gözlənilir.

Ştatlar şirkətdən yaş məhdudiyyətləri tətbiq etməyi, sonsuz sürüşmə funksiyasını və uşaqların məlumatlarından istifadə edən bəzi alqoritmləri dayandırmağı tələb edir.

Meta isə ittihamları rədd edir və gənc istifadəçilərin təhlükəsizliyinin şirkət üçün prioritet olduğunu bildirir.

Jalə Rövşən 

FOTOLAR

29 ştat "Meta"nı məhkəməyə verdi — 1
29 ştat "Meta"nı məhkəməyə verdi — 2
XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər