Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq

Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq
11.07.2026 14:20 Daxili siyasət

Bu ilin sonunadək Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə (45 nəfər) qayıdacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyevə iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən məlumat verilib.

Bildirilib ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq.

İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.



XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər