Qarabağın 3 şəhəri “ASAN”laşır
Ağdam, Cəbrayıl və Laçın şəhərlərində ASAN xidmət mərkəzlərinin açılması planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, yeni mərkəzlərin yaradılması həmin ərazilərdə vətəndaşlara dövlət xidmətlərinin daha əlçatan şəkildə təqdim olunmasına xidmət edəcək.