Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısını alınmasına dair tələb daxil edildi
Mediada dərc olunan və (və ya) yayımlanan informasiya dair yeni tələb müəyyənləşib.
TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə edilən yeni 14.1.11-1-ci maddəyə əsasən, saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.
Qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair norma əlavə edilib.