Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ

Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ
23.06.2025 13:03 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi barədə məlumat verdi.

Bildirildi ki, bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500 kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.

Layihəyə uyğun olaraq ötən dövr ərzində şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan sürətli qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi işləri həyata keçirilib. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2 min 500 kubmetr olan 2 su anbarı tikilib. Təmizləyici qurğuda zərərsizləşdirmə, əks-yuma prosesinin aparılması üçün xüsusi nasoslar, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb. Həmçinin uzunluğu 86 kilometr paylayıcı su təchizatı şəbəkəsi inşa olunub, 4 min 230 ədəd ev birləşməsi verilərək sayğac quraşdırılıb.

Qeyd edək ki, Yevlax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə yaradılıb. Şəhərin ilkin su mənbələri subartezian quyuları və Kür çayı olmuşdur. Hazırda istismarda olan 15 subartezian quyusunun imkanları tələbatı ödəmirdi. Quyu zonasından şəhərə çəkilmiş ümumi uzunluğu 27 kilometr olan 2 magistral kəmər dəfələrlə cari və əsaslı təmir edilsə də, dayanıqlı su təchizatına imkan vermirdi. Kür çayından nasoslar vasitəsilə götürülən su ilkin təmizlənərək abonentlərə verilirdi. Şəhərin 191 kilometr uzunluğunda mövcud paylayıcı su şəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətə düşdüyündən tələbatı ödəmirdi.

Son illərdə ölkə üzrə əhalinin təmiz içməli suya təlabatının təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bu müddət ərzində Bakıda Mərkəzi Laboratoriya və 9 regional laboratoriya yaradılıb. Görülmüş işlər nəticəsində ölkədə içməli su təchizatı üzrə itkilər son 20 ildə 62 faizdən 40 faizə qədər azaldılıb. 8,1 min kilometr tullantı və yağış su xətləri inşa edilib. Şəhər, rayon və qəsəbələr üzrə ümumi məhsuldarlığı sutkada 250 min kubmetr olan 28 ədəd tullantı sutəmizləyici qurğu quraşdırılıb. Bakı və Abşeron yarımadası üzrə isə 5 ədəd bu cür qurğu istismara verilib. Bundan başqa, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi də tikilib.

***

11:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.

FOTOLAR

Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 1
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 2
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 3
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 4
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 5
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 6
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 7
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 8
Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak etdi - YENİLƏNDİ — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 Bütün Xəbərlər