Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq.
TodayPress TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə səsləndirib.
Prezident vurğulayıb ki, dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir.