Pambıq istehsalçılarına qəbz elektron formada veriləcək

Pambıq istehsalçılarına qəbz elektron formada veriləcək
21.06.2025 11:17 Daxili siyasət

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib.

TodayPress TV xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır.

Pambığın qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması prosesin elektronlaşmasına və asanlaşmasına mane olur. Belə ki, vətəndaşlar qəbzi skan edərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə məcbur olurlar.

Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə əsasən malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış “elektron qaimə-faktura” və ya “elektron alış aktı” altsistemində elektron qaydada hazırlanır və təsdiqlənir.

Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə həyata keçirilir. Elektron qaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİS vasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilən məlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədən məhsul subsidiyası hesablana bilər.

Qanun layihəsinin qəbul edilməsi ilə, pambıq bitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİS arasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbuluna dair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığının təmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılması mümkün olacaq.

Həmçinin sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin və şəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaət edilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcək.

XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər