Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri artırılacaq

Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri artırılacaq
21.06.2025 13:59 Daxili siyasət

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri artırılır.

TodayPress TV xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Naxçıvan MR Nazirlər Kabineti muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarını yaradacaq və ləğv edəcək.

Həmçinin bu Konstitusiyaya uyğun olaraq Naxçıvan MR-də icra hakimiyyətini həyata keçirməsindən irəli gələn məsələləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edəcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər