Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq
20.06.2025 12:24 Daxili siyasət

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər