Hikmət Hacıyev Şuşada media nümayəndələri ilə görüşdü

Hikmət Hacıyev Şuşada media nümayəndələri ilə görüşdü
12.07.2026 23:18 Daxili siyasət

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanışlıq zamanı baş tutub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.

Sözügedən küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib.

Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib.

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər