Bəzi qurumlara unikal kodun verilməsinə başlanacaq

Bəzi qurumlara unikal kodun verilməsinə başlanacaq
21.06.2025 10:15 Daxili siyasət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun müraciətinə əsasən barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hər bir sığortaolunana tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən unikal kodun verilməsini təmin etməlidir.

TodayPress TV xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərar qüvvəyə mindiyi tarixdən 1 ay müddətində unikal kodun verilməsi təmin olunmalıdır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər