TİKA “Yaşıl Keçid” təlimi keçirdi

TİKA “Yaşıl Keçid” təlimi keçirdi
29.05.2025 11:15 Cəmiyyət

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Çanaqqala On Səkkiz Mart Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün “Yaşıl Keçid” mövzusunda təlim keçirilib.

TodayPress TV xəbər verir ki, Çanaqqala On Səkkiz Mart Universiteti tərəfindən 26–30 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunan yüksək səviyyəli yaşıl keçid təlimində 30 azərbaycanlı tələbə iştirak edir.

Təlimin açılış mərasimində TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müavini Vazeh Əsgərov, Çanaqqala On Səkkiz Mart Universitetinin müəllim heyəti və tələbələr iştirak ediblər.

Açılışda çıxış edən rektor müavini Əsgərov bildirib ki, təlimlərin keçirildiyi mərtəbə “Azərbaycan–Türkiyə Dostluq Bölməsi” kimi təşkil olunub və hər il Şuşa Bəyannaməsinin ildönümündə universitet olaraq müxtəlif tədbirlər keçirirlər. Əsgərov iki ölkə arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verən bu cür təlimlərin keçirilməsinə görə TİKA-ya və Türkiyəyə təşəkkür edib.

TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə bildirib: “TİKA, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və gənclərin bu sahələrdə maarifləndirilməsi istiqamətində bir çox ölkədə olduğu kimi, Azərbaycanda da mühüm layihələr həyata keçirir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də təhsil aldığı bu universitetdə təşkil etdiyimiz təlim proqramının, ətraf mühitə həssas peşəkarların və vətəndaşların yetişməsinə töhfə verəcəyinə, eyni zamanda ölkələrimiz arasındakı dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcəyinə inanırıq.”

Çevrimdaxili təlim, yüksək səviyyəli əyani təlim və Türkiyədə staj olmaqla üç mərhələdən ibarət təşkil olunan təlim proqramının ilk mərhələsini – çevrimdaxili təlimi uğurla başa vuran 30 tələbə hazırda yüksək səviyyəli əyani təlimdə iştirak edir. Bu mərhələdə uğur qazanan 5 tələbə yay aylarında staj keçmək üçün Türkiyəyə göndəriləcək.

FOTOLAR

TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 1
TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 2
TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 3
TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 4
TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 5
TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 6
TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 7
TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 8
TİKA “Yaşıl Keçid” təlimi keçirdi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər