Taksi istifadəçilərinin sayı cüzi azaldı

Taksi istifadəçilərinin sayı cüzi azaldı
17.05.2025 15:05 Cəmiyyət

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda minik taksiləri ilə 25 514 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 0,1% azdır. 

Bu barədə Dövlət Statistika Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 25 539,5 min sərnişin daşınıb. 

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 582 100,8 min sərnişin daşınıb, bu da illik müqayisədə 6,6% artım deməkdir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər