Şüvəlan qəsəbəsində işıq olmayacaq

Şüvəlan qəsəbəsində işıq olmayacaq
21.05.2025 09:27 Cəmiyyət

Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. 

Bu barədə TodayPress TV-yə “Azərişıq” ASC-dən məlumat verilib. 

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq mayın 21-də Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq. 

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər