Sumqayıtda 5 min 200 abonentin qaz təchizatı dayandırıldı

Sumqayıtda 5 min 200 abonentin qaz təchizatı dayandırıldı
19.05.2025 13:18 Cəmiyyət

Sumqayıt şəhərinin bir neçə məhəlləsində orta təzyiqli yeraltı qaz xətlərində sızmaların aradan qaldırılması məqsədilə qaz təchizatı dayandırılıb. 

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib. 

Bildirilib ki, 4, 5, 16, 17, 18, 19, 20, 21 və 34-cü məhəllələri əhatə edən 5 min 200 abonentin qaz təchizatı 159 millimetrlik qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar olaraq müvəqqəti olaraq dayandırılıb. 

Qaz təchizatının bərpası işlərin tamamlanmasından dərhal sonra həyata keçiriləcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər