Orxan Məmmədov: “Azərbaycanın KOB Evləri digər ölkələr üçün nümunədir”

Orxan Məmmədov: “Azərbaycanın KOB Evləri digər ölkələr üçün nümunədir”
20.05.2025 10:55 Cəmiyyət

“Azərbaycanın KOB Evləri sahibkarlara qeydiyyat, lisenziyalaşdırma, maliyyə məsləhətləri və ixrac dəstəyi kimi xidmətləri bir məkanda təqdim edir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Biznes Şurasının 8-ci Plenar Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov  deyib. 

“Sadələşdirilmiş bu model sahibkarların işini asanlaşdırmaqla yanaşı, biznesin böyüməsinə şərait yaradır. Digər AQEM ölkələrini də oxşar modelləri tətbiq etməyə təşviq edirik”.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər