Nərmin Şahmarzadə Ələsgər Məmmədli və qardaşını biabır etdi: "Milyonlar pul..."

Nərmin Şahmarzadə Ələsgər Məmmədli və qardaşını biabır etdi: "Milyonlar pul..."
08.07.2026 12:08 Cəmiyyət

İctimai fəal Nərmin Şahmarzadə sosial şəbəkə hesabında Vətəndaş Cəmiyyəti (VC) sahəsində fəaliyyət göstərən bəzi şəxslərlə bağlı sərt fikirlər səsləndirib və bir sıra iddialar irəli sürüb.

Todaypress TV xəbər verir ki, o, paylaşımında konkret olaraq Nəsimi Məmmədli, Ələsgər Məmmədli və onun qardaşı qızı ilə bağlı tənqidi fikirlər yazıb.

N.Şahmarzadə xaricdə yaşayan fəallar arasında maliyyə məsələləri ilə bağlı müzakirələr aparıldığı bir vaxtda bəzi şəxslərin buna münasibətini tənqid edib.

İctimai fəal daha sonra Ələsgər Məmmədlinin həbs olunduğu dövrdə onun ailəsinə və yaxınlarına dəstək kampaniyası ilə bağlı iddialar səsləndirib.

Onun sözlərinə görə, həmin vaxt Vətəndaş Cəmiyyəti daxilində Ələsgər Məmmədlinin qardaşı qızına dəstək göstərilməsi ilə bağlı çağırışlar olub:

"VC-də söhbət yayıldı ki, Ələsgər türmədədir, vəziyyəti pisdir, qardaşı qızına dəstək olmaq lazımdır. Etdilər. Qardaşın qızı Avropaya gəldi, Tiflisi gəzdi, müxtəlif təşkilatlardan bizim hamımızın aldığı məbləğdən qat-qat çox vəsait aldı. Həmin dəstəkdən sonra həmin şəxsin fəaliyyəti ilə bağlı suallar yaranıb. Burada neçə aktivist ac, pulsuz, evsiz qalıb. Amma o, Tiflisi də gəzdi, ölkəyə də qayıtdı. İş də görmədi, dincəldi".

İctimai fəal öz fəaliyyəti ilə müqayisə apararaq qeyd edib ki, bəzi şəxslərin əldə etdiyi imkanların arxasında real fəaliyyətin olub-olmaması sual doğurur:

"IDI-ni yeni tanıyanda mənə deyilmişdi: "Gülzara bax, cibində bəlkə 5 manat yoxdur, amma dəyərlər üçün davam edir". Amma mən həmin vaxt işləyirdim.  Bunu mənə deyən adam unudurdu ki, onun sevgilisinin cibində 5 manatdan artıq pul olmağı elə şagirdləri riyaziyyata hazırlaşdırıb hər birindən aylıq 30 manat qazanmağın nəticəsi idi + o pullarla, universitetdəki stipendiyamla kitablar ala, çöldə yemək yeyə, çay içə, filmə, tamaşaya gedə bilirdim".

O, həmçinin bəzi şəxslərin uzun müddət beynəlxalq təşkilatların imkanlarından yararlandığını, lakin bunun nəticəsində müstəqil fəaliyyət ortaya qoymadığını iddia edib.

"Neçə il IDI-nin mətbəxindən çıxmayan qız ortaya heç bir müstəqil iş qoya bilməyib. VC sənin yetişdirə bilmədiyin qızına davamlı büdcə ayırıb: öyrətməyə, işləməyə, relokasiyaya".

Türkan İsgəndərli

Todaypress TV

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər