Naxçıvanın məhəllə və küçələrində qaz təchizatında fasilə yaranacaq

Naxçıvanın məhəllə və küçələrində qaz təchizatında fasilə yaranacaq
20.05.2025 20:10 Cəmiyyət

Naxçıvan şəhərinin bir çox məhəllələrində və küçələrində qaz təchizatında fasilə yaranacaq.

TodayPress TV-nin xəbərinə görə, Qoçüstü məhəlləsi və Cahan Gənclər şəhərciyini təbii qazla qidalandıran quyunun təmir edilməsi və çölə çıxarılması ilə əlaqədar qaz təchizatı Naxçıvan şəhər Əziz Əliyev küçəsi, Cahan Gənclər şəhərciyi, Xətai məhəlləsi, 11, 20, 21-ci məhəllələr, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi, Su 6 qəsəbəsi, 48, 49-cu məhəllələr- Cahan Gənclər şəhərciyində 21.05.2025 tarixdə saat 14:00 dan saat 17:00 dək müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər