Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu

Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu
20.05.2025 13:56 Cəmiyyət

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir.   

Mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətin gedişatı ilə bağlı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq mediaturlar təşkil edilir. 

TodayPress TV xəbər verir ki, növbəti mediatur Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Ağdam rayonuna təşkil edilib. 

Məlum olduğu kimi Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı bu sahədə müvafiq təlimlər keçmiş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub.

Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. 

Minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ən müasir texnika və avadanlıqlarla, o cümlədən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları ilə təchiz olunub. Əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.   

Mediatur çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonunun Mollalar, Kürdlər və Əlimədətli kəndləri və ANAMA tərəfindən rayonun Sarıcalı kəndi ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq olub. Təmizləmə əməliyyatları əllə minatəmizləmə, minaaxtaran itlər və xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları vasitəsilə həyata keçirilir.   

Qeyd edək ki, Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 37154 hektar ərazi təmizlənib, 31500 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.   

Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz kəməri xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.

FOTOLAR

Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 1
Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 2
Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 3
Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 4
Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 5
Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 6
Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 7
Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 8
Media nümayəndələri humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış oldu — 9
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 Bütün Xəbərlər