Maqnit qasırğası nə vaxta kimi davam edəcək?
Yerdə müşahidə olunan maqnit qasırğası iyunun 3-dək davam edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, geomaqnit qasırğaları əsasən G1-G2 və G3-G4 səviyyələrində müşahidə olunacaq.
Bu, Günəşdən tac kütləsinin atılmasının davam edən təsirləri ilə əlaqədardır. İyunun 3-də isə maqnit qasırğasının səviyyəsinin yenidən zəifləyərək G1-ə enəcəyi gözlənilir.
Qeyd edilir ki, maqnit qasırğası artıq bir gündür davam edir. İyunun 1-də Kosmik Hava Mərkəzi maqnit qasırğasının səviyyəsinin G4 olduğunu açıqlanıb.
Türkan İsgəndərli