“İstehsalat binaları. Layihələndirmə normaları” təsdiqləndi

“İstehsalat binaları. Layihələndirmə normaları” təsdiqləndi
21.05.2025 14:31 Cəmiyyət

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İstehsalat binaları. Layihələndirmə normaları”nı təsdiq edib. 

TodayPress TV xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb. 

Qərara əsasən, binanın həcm-planlaşdırma və konsruktiv həlləri insanların mütəhərrik qurğulardan, texnoloji və mühəndis avadanlığından istifadə prosesində zədələnmə hallarını istisna edilməli, eləcə də inşaat konstruksiyaları mümkün təhlükəli təsirlər nəzərə alınmaqla uzunömürlü və etibarlı olmalıdır. 

Bundan başqa, yerləşgələrdə döşəmə örtüyündən tavanın çıxıntı konstruksiyasının aşağı hissəsinə kimi hündürlük 2,2 m-dən, insanların müntəzəm olaraq keçdiyi yerlərdə və təxliyə yollarında döşəmədən kommunikasiya və avadanlıqların çıxıntı hissələrinin aşağısına kimi hündürlük 2 m-dən və insanların qeyri-müntəzəm olaraq keçdiyi yerlərdə isə 1,8 m-dən az olmamalıdır.

Binaya avtomobillərin daxil olmasına zərurət olduqda konstruksiyanın, kommunikasiya və avadanlıqların çıxıntı hissələrinin aşağısına kimi keçidin hündürlüyü 4,2 m-dən, yanğınsöndürən avtomobillər üçün isə 4,5 m-dən az olmamalıdır. 

Həmçinin yerin planlaşdırma səviyyəsindən, yuxarı mərtəbənin döşəməsinin (texniki mərtəbə istisna olmaqla) səviyyəsinə qədər hündürlüyü 15 m-dən artıq olan və 15 m-dən artıq səviyyə fərqində növbədə 3 dəfədən artıq xidmət olunması zərurəti olan daimi iş yerləri və ya avadanlıqlar mövcud olan çoxmərtəbəli binalarda sərnişin liftləri nəzərdə tutulmalıdır.

Yük liftləri layihənin texnoloji bölməsinə uyğun olaraq nəzərdə tutulmalıdır.

Liftlərin sayı və yükqaldırma gücü sərnişin-yük axınından asılı olaraq qəbul edilməlidir. 15 m-dən yuxarıda yerləşən bütün mərtəbələrdə işləyənlərin sayı (daha çoxsaylı növbədə) 30-dan artıq olmadıqda binada bir lift nəzərdə tutulmalıdır. 

Birinci və daha yuxarı mərtəbələrdə təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin əməyi nəzərdə tutulan yerləşgələr olduqda və onlar üçün birinci mərtəbədə iş yerləri təşkil etmək mümkün olmadıqda sərnişin lifti nəzərdə tutulmalıdır.

Lift kabinəsinin ölçüləri aşağıdakılardan az olmamalıdır: 

- eni-1,1 m-dən;  - dərinliyi-2,1 m-dən; 

- qapı açırımının eni-0,85 m-dən. 

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər