İşsiz kişilərin sayı qadınlardan çoxdur

İşsiz kişilərin sayı qadınlardan çoxdur
30.05.2025 13:22 Cəmiyyət

2024-cü ildə işsiz şəxs kimi qeydiyyata alınanların 47,5%-i qadın, 52,5%-i isə kişi olub.

Bu barədə TodayPress TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən məlumat verilib.

Qeyd edək ki, işlə təmin olunmuş şəxslərin isə  34,4%-i qadın, 65,6%-i isə kişidir.  

Özünüməşğulluq proqramına cəlb olunanlar arasında isə 42,5% qadın, 57,5% kişi, peşə hazırlığına cəlb olunanlardan isə 64%-i qadın, 36%-ı kişidir.

Təqdim olunan nəticələr onu göstərir ki, müvafiq qurumlar tərəfindən aparılan məqsədyönlü tədbirlərin nəticəsində bu sahədəki statistik fərqlər optimal xarakter almaqdadır.

Töhfə Səməd

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər