FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edildi

FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edildi
26.05.2025 17:39 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.  Tədbirdə Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib. 

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir.

Bu tarixi gün ölkəmizdə böyük ehtiramla qeyd edilir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.

Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib. 

Yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan B.Salayev bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb. 

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlərdən danışıb.

Musa Qasımlı çıxışında ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusilə vurğulayıb.

Ulu Öndərin mütərəqqi siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən MM-in sədr müavini ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafından, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən nüfuzlu ölkə kimi tanınmasından, hərtərəfli inkişaf strategiyasının təsirlərindən də ətraflı bəhs edib.

FOTOLAR

FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edildi — 1
FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edildi — 2
FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edildi — 3
FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edildi — 4
XƏBƏR LENTİ
05 IYUN 2026
Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 Bütün Xəbərlər