Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi

Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi
21.05.2025 15:56 Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində modelyer-dizayner təliminə cəlb olunmuş eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edilib.   

TodayPress TV xəbər verir ki, qurama və keçə sənətinin məişətdə tətbiqinə həsr olunan ustad dərsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xalq sənəti üzrə ustası Afaq Cəlilova tərəfindən keçilib. 

İştirakçılar bu sənətlərin tarixi və sirlərini yaxından öyrənmək imkanı əldə ediblər.

Əlilliyi olan gənclər müxtəlif əl işlərinin hazırlanması prosesində birbaşa iştirak edərək bacarıqlarını artırıblar. 

Təlimin məqsədi eşitmə və nitq məhdudiyyətli gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onları tətbiqi sənətin incəliklərinə cəlb etməklə peşə vərdişlərinin inkişaf etdirilməsi və sosial reabilitasiyasıdır.   

Eşitmə və nitq məhdudiyyətli gənclər üçün modelyer-dizayner təlimləri Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi ilə “Karlara Dəstək” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil edilir.

FOTOLAR

Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi — 1
Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi — 2
Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi — 3
Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi — 4
Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi — 5
Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi — 6
Eşitmə və nitq məhdudiyyətli gənclər üçün ustad dərsi təşkil edildi — 7
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər