Ermənistana 44 Azərbaycan vətəndaşı səfər edib - MTX
Cari ilin əvvəlindən Ermənistana 44 Azərbaycan vətəndaşı və 8 mindən çox Türkiyə vətəndaşı səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti NEWS.am-ın sorğusuna cavab olaraq məlumat verib.
Qurumun açıqlamasına görə, ilin əvvəlindən indiyədək Ermənistana 44 Azərbaycan vətəndaşı, həmçinin 8 mindən çox Türkiyə vətəndaşı daxil olub.
Bununla yanaşı, Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkəyə gələn şəxslərin etnik mənsubiyyəti ilə bağlı məlumatın aparılmadığını da qeyd edib.
Qiymət Mahir