Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi

Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi
31.05.2025 10:35 Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladları üçün bayram tədbiri təşkil edib. Tədbir “Səbail Peşəkar Futbol Klubu”nun təşkilatçılığı və Cəlal Qurbanovun “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində həyata keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirin rəsmi hissəsində “Səbail” PFK-nın icraçı direktoru Firuz Abdulla, Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov və İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov çıxış ediblər.

Çıxışlar zamanı Vətən Müharibəsi, Azərbaycanın suverenliyinin bərpası, tarix yazan şəhidlərin qəhrəmanlığı və digər mühüm məsələlər barədə ətraflı məlumat verilib.   

Rəsmi hissə bitdikdən sonra şəhid övladları stadiona gedərək “Səbail” PFK-nın əvəzedici komandasının məşqini izləyib və komandalara bölünərək onlarla birgə futbol oynayıblar. Həmçinin futbol barədə müxtəlif suallarını idmançılara ünvanlayıblar.   

Futbol oynadıqdan sonra balacalar qonaqlar “Səbail”in futbolçuları ilə birgə klubun yeməkxanasında nahar ediblər.

Tədbirin sonunda əsas heyətin oyunçuları Rüfət Abdullazadə, Mert Çelik, Nicat Məmmədzadə, Suleyman Alluş, Emin Rüstəmov və İnnosent Nşuti şəhid övladlarına hədiyyələr təqdim edərək, onlarla xatirə şəkili çəkdiriblər. 

FOTOLAR

Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 1
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 2
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 3
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 4
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 5
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 6
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 7
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 8
Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil etdi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər