Doğulan qız uşaqlarının sayı artıb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb.
Bu barədə TodayPress TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən məlumat verilib.
Belə ki, aradakı fərq 7008-dən 6132-ə düşüb. Cins nisbəti isə hər 100 qıza 113 oğlan təşkil edir.
2020-ci ildə bu rəqəm hər 100 qıza 114 oğlan təşkil edib.
Töhfə Səməd