Diqqət! Susuz qalacaqsınız

Diqqət! Susuz qalacaqsınız
02.07.2026 12:18 Cəmiyyət

3 iyul tarixində Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə TodayPress TV-yə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə bağlı paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Binəqədi rayonlarının bəzi ərazilərində iyulun 3-də günorta saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər