BP ADNSU-da laboratoriya quracaq
“BP Eksploreyşn Limited” şirkətini maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində laboratoriyanın qurulması planlaşdırılır.
Bu barədə TodayPress TV dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, Universitet şirkətin yerli nümayəndəliyinin ayırdığı qrant hesabına bərpa olunan enerji laboratoriyasının qurulması üçün əsaslı təmir işləri aparılması üçün tender keçirib.
Tenderin qalibi olan “Greentech Solution” MMC-yə 580 min manat ödəniləcək.