Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 2-də gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.