Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir

Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir
29.06.2026 15:50 Cəmiyyət

"Azərbaycanda havaların qeyri-sabit keçməsi çimərlik turizminə və bu sahədə fəaliyyət göstərən bizneslərə mənfi təsir göstərir".

Bunu iqtisadçı Xalid Kərimli TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, yay mövsümünün qısa olması sahibkarların bu sahəyə investisiya marağını azaldır və xidmət qiymətlərinin yüksək qalmasına səbəb olur:

"Azərbaycanın əsas problemlərindən biri yay turizmi mövsümünün çox qısa çəkməsidir. Yay turizmi bizdə maksimum üç aydır. Çox qısa müddətdir. Amma Türkiyədə bu mövsüm aprelin sonlarından başlayır, oktyabrın sonlarına qədər davam edir. Yəni 6-7 ay yay turizmidir. Dubay kimi isti ölkələrdə isə faktiki olaraq 12 ay yay turizmi mümkündür".

İqtisadçı əlavə edib ki, mövsümün uzun olması turizm obyektlərinin xərclərinin daha çox müddət ərzində ödənilməsinə və gəlirlərin artmasına imkan yaradır:

"Eyni tikintiyə, eyni investisiyaya pul qoyulur. Amma burada onu cəmi iki-üç ay işlədirlər, başqa ölkələrdə isə altı-yeddi ay istifadə edirlər. Bu da xərclərin aşağı düşməsinə, dövriyyənin isə artmasına gətirib çıxarır. Qısa yay mövsümü çimərlik turizmi sahəsini investisiya baxımından cəlbedici etmir. Sahibkar fikirləşir ki, iki aylıq dəniz turizminə investisiya qoymaq səmərəsizdir. Onun səmərəli olması üçün qiymətlər həddindən artıq yüksək olmalıdır. Ona görə də bu sahəyə girmək istəmir. Bu da əsas problemlərdən biridir".

Qeyd edək ki, iyunun 21-i yay fəslinin daxil olmasına baxmayaraq, ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunur.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bakıya turist əvəzinə yağış yağır - Çimərlik mövsümü başlamadan bitir — 1
XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər