Babək prospektində avtomobillərlə hərəkət qismən məhdudlaşdırılacaq

Babək prospektində avtomobillərlə hərəkət qismən məhdudlaşdırılacaq
16.05.2025 15:30 Cəmiyyət

Sabah saat 10:00-dan mayın 18-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Babək prospektinin Lütfi Zadə və Məşədi Hilal Kazımov küçələri ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

TodayPress TV bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.   

"Yol bağlanmır. Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur" deyə agentlik bəyan edib. 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər