Azərbaycanda qadınların orta aylıq maaşı 7,5% artdı
2023-cü illə müqayisədə 2024-cü ildə qadınların orta aylıq nominal əməkhaqqı 7,5% artaraq 791,1 manat, kişilərin əmək haqqı isə 8,5% artaraq 1159,9 manat təşkil edib.
Bu barədə TodayPress TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən məlumat verilib.
Qeyd edək ki, 2023-cü ildə qadınların orta aylıq nominal əməkhaqqı 735,7 manat, kişilər üçün bu göstərici 1069,3 manat təşkil edib.
Töhfə Səməd