Azərbaycan və OSPRİ əməkdaşlıq imkanlarını müzakirə etdi

Azərbaycan və OSPRİ əməkdaşlıq imkanlarını müzakirə etdi
21.05.2025 10:28 Cəmiyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində Neft Dağılmalarına Hazırlıq üzrə Beynəlxalq Təşəbbüs (Oil Spill Preparedness Regional İnitiative – OSPRİ) təşkilatının nümayəndələri ilə görüş keçirilib. 

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, görüşdə Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov Xəzər dənizinin Azərbaycana məxsus ərazilərində baş verə biləcək neft dağılmalarına qarşı aparılan mübarizə tədbirlərindən danışıb. 

O bildirib ki, hazırda Agentlik “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiya və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolundan irəli gələn öhdəliklərin icrası istiqamətində bır sıra tədbirlər həyata keçirir. 

Görüşdə, həmçinin OSPRİ təşkilatının nümayəndələri Agentlik tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək gələcəkdə ikitərəfli əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar. 

OSPRİ təşkilatını Xəzər dənizi – Qara dəniz – Mərkəzi Avrasiya regionunda neft dağılmalarına qarşı etibarlı, inteqrasiya olunmuş və dayanıqlı reaksiya imkanlarını təşviq etmək üçün bir qrup neft şirkəti (BP, Chevron, Eni, ExxonMobil, KMG, NCOC, Shell və TotalEnergies) yaradıb.

FOTOLAR

Azərbaycan və OSPRİ əməkdaşlıq imkanlarını müzakirə etdi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 Bütün Xəbərlər