"Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi" adlı layihə başlayır

"Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi" adlı layihə başlayır
02.06.2025 13:41 Cəmiyyət

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” adlı layihənin icrasına başlayır.

TodayPress TV xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Məlumdur ki, bütün döyüş əməliyyatları Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisində aparılmışdır. 1-ci Qarabağ müharibəsi, 2016-cı il Aprel döyüşləri və Vətən müharibəsi zamanı kasetli silahlardan istifadə olunmuşdur. Lakin bu silahların hansı növlərinin istifadəsi, çirklənmə səviyyəsi, qurbanların sayı barədə heç bir məlumat yoxdur.

Ona görə də bu layihənin əsas məqsədi Azərbaycanda ilk dəfə olaraq kasetli silahlar problemi barədə təhqiqatın aparılması və hesabatın hazırlanmasıdır.

Beynəlxalq ictimaiyyət üçün ilk dəfə olaraq ingilis dilində hazırlanacaq hesabatda Azərbaycan ərazilərində kasetli silahlardan istifadə olunması nəticəsində çirklənmə səviyyəsi, kasetli silah qurbanlarının  müəyyən edilməsi, Azərbaycanda bu silahın yaratdığı fəsadlara qarşı aparılan mübarizənin göstərilməsini əks etdirən məlumatlar yer alacaqdır.  

Hesabat 2025-ci ilin sentyabr ayında Cenevrə şəhərində keçiriləcək “Kasetli silahlara dair” BMT Konvensiyasına Üzv Dövlətlərin 13-cü İllik Konfransı zamanı donor ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə, 1997-ci ildə Nobel sülh mükafatını almış “Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya - Kasetli Silahlara qarşı Koalisiya” təşkilatının rəhbərlərinə və onun əməkdaşlıq etdiyi QHT-lərə təqdim olunacaq.

Bundan başqa hesabat dünyada kasetli silahlara qarşı aparılan fəaliyyətə dair mövcud olan “Cluster Munitions Report” və “Mine Action Review” layihələrinin redaksiya heyətlərinə də veriləcəkdir. 

Layihənin icra müddəti 4 aydır.

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər