Azərbaycan dilində “vapşe” və “znaçit”ə yer yoxdur! – Qulu Məhərrəmli

Azərbaycan dilində “vapşe” və “znaçit”ə yer yoxdur!  – Qulu Məhərrəmli
19.05.2025 15:21 Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun rus dilindən gəlmə bəzi sözlərin Azərbaycan dilinin lüğət tərkibinə daxil edilməsi ilə bağlı təklifi ictimaiyyətdə fikir ayrılığına səbəb olub.

Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli TodayPress TV-yə açıqlamasında bu təklifi elmi cəhətdən əsaslandırılmamış hesab etdiyini bildirib. 

Onun sözlərinə görə, “znaçit”, “vopşe”, “uje”, “zapoy”, “paxmel” kimi ifadələr danışıq dilində tez-tez işlənməsinə baxmayaraq, onların Azərbaycan ədəbi dilinə gətirilməsi düzgün yanaşma deyil.

"Nizami Cəfərov bizim çox görkəmli dilçi alim, dil tədqiqatçısı, ensiklopedik zəkaya malik olan filoloqlarımızdan biridir. O, dilçiliyin atası sayılan Ferdinand de Sössürun dillə bağlı əsərlərinin Azərbaycan dilinə tərcüməçilərindəndir. Onun dediklərində də müəyyən həqiqətlər var ki, rus dilindən gəlmə bir çox sözlər - "znaçit" "uje" "vopşe" danışıq dilində işləkdir. Amma dildə işlək olan hər sözü də dilin lüğət fonduna salmaq doğru deyil". 

Professor bildirib ki, hazırda Azərbaycan dilində dilin bütün söz ehtiyatını əhatə edən sistemli baza mövcud deyil. Əvəzində müxtəlif dialekt və terminoloji lüğətlər, eləcə də orfoqrafiya lüğəti mövcuddur. 

“Məsələn, "Oskar" lüğəti ingilis dilinin bütün korpusunu əhatə edir. Tərkibində 650 mindən çox söz var. Bizdə 2013-cü ildə orfoqrafiya lüğətinə çoxlu sayda sözlərin əlavə olunması ilə lüğəti "zibillədilər" və onu 114 min sözə çatdırdılar. Lakin orfoqrafiya lüğəti yalnız sözlərin düzgün yazılışı ilə bağlıdır və bu baxımdan ümumi dil korpusunu əks etdirmir”. 

Qulu Məhərrəmlinin fikrincə, adı çəkilən kimi sözlər zamanla dildən silinəcək. Buna səbəb yeni gələn nəslin o sözləri işlətməməsidir. 

Professor qeyd edib ki, dil bir növ "lakmus kağızı"dır.

Cəmiyyətdə baş verən prosesləri əks etdirir. Amma bu, o demək deyil ki, təsadüfi danışıq sözlərini rəsmi dil müstəvisinə keçirmək olar. Onun fikrincə, bu sahədə elmi qərarlar verilməlidir. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
03 IYUN 2026
Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Bütün Xəbərlər