AZAL kollektivi Fəxri xiyabanı ziyarət etdi

AZAL kollektivi Fəxri xiyabanı ziyarət etdi
02.06.2025 12:16 Cəmiyyət

2 İyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.

Bu barədə TodayPress TV-yə AZAL-dan məlumat verilib.

Ziyarət zamanı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.


Həmçinin Ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər