ADY-nin Qurban bayramındakı iş qrafiki AÇIQLANDI
Qurban bayramı günlərində tələbat olacağı təqdirdə Bakı-Balakən-Bakı qatarına əlavə vaqonlar qoşulacaq.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Qeyd olunub ki, 6, 7, 8 və 9 iyun tarixlərində Qəbələyə əlavə reyslər təyin edilib.
Həmçinin 31 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək. Saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələdən Bakıya doğru hərəkət edəcək.
Töhfə Səməd