ADY Beynəlxalq sərgidə təmsil olunur

ADY Beynəlxalq sərgidə təmsil olunur
03.06.2025 14:58 Cəmiyyət

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunur. 

TodayPress TV ADY-yə istinadən xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə səhmdar cəmiyyətin stendinə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumat ala bilərlər. 

Bildirilib ki, sərgidə ziyarətçilər ADY-nin pavilyonuna böyük maraq göstərir.

FOTOLAR

ADY Beynəlxalq sərgidə təmsil olunur — 1
ADY Beynəlxalq sərgidə təmsil olunur — 2
ADY Beynəlxalq sərgidə təmsil olunur — 3
ADY Beynəlxalq sərgidə təmsil olunur — 4
ADY Beynəlxalq sərgidə təmsil olunur — 5
ADY Beynəlxalq sərgidə təmsil olunur — 6
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər