2024-cü ildə qanunvericiliyə edilmiş dəyişikliklər açıqlandı

2024-cü ildə qanunvericiliyə edilmiş dəyişikliklər açıqlandı
30.05.2025 12:36 Cəmiyyət

2024-cü ildə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Ailə Məcəlləsinin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasını nəzərdə tutan 10.2-ci maddəsi ləğv edilib.

Bu barədə TodayPress TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən məlumat verilib. 

Edilmiş dəyişikliklərdən daha biri isə erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsinin genişləndirilməsidir. 

Həmçinin ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanması qadağan edilib, qısamüddətli mühafizə orderinin müddəti artırılıb və onun verilməsi icbarı olub.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər