17 may - Ümumdünya Halal Standartları Günüdür

17 may - Ümumdünya Halal Standartları Günüdür
17.05.2025 11:26 Cəmiyyət

17 may — İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən Ümumdünya Halal Standartları Günü elan olunub. “HALAL” sertifikatlaşma – qida məhsullarının islam qaydalarına uyğun istehsalını təsdiqləyən xidmət növüdür.

TodayPress TV xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “HALAL” sertifikatlaşma prosesi davam etdirilir.

Bu günə qədər “OIC/SMIIC-1:2019 Halal qidaya dair ümumi tələblər” standartı üzrə 4 müəssisəyə 5 istiqamət üzrə AQTİ-nin “HALAL” sertifikatı təqdim olunub. Ümumilikdə isə 14 müəssisə sertifikat almaq üçün müraciət edib. 

Sertifikat əldə etmək istəyən müəssisələr bir-neçə mərhələdən keçməlidir.

İlk mərhələdə sahibkar tərəfindən www.afsi.gov.az veb səhifəsində təqdim olunan müraciət forması və ərizə doldurularaq [email protected] elektron poçt ünvanına göndərilir.   

Daxil olan müraciət AQTİ tərəfindən yoxlanılır, qiymət təklifi və müqavilə göndərilir.

Növbəti mərhələdə obyektin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Tələblərə cavab verdiyi təqdirdə müəssisəyə etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.   

“HALAL” sertifikatlaşma prosesi 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanlarla quşların kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda emal olunmuş ət məhsullarını əhatə edir. 

AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub.

Beləliklə, AQTİ-nin həyata keçirdiyi halal sertifikatlaşma beynəlxalq səviyyədə tanınan və etibarlı sertifikatlaşma xidməti olaraq fəaliyyət göstərir.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər