Səfirlik: Türkiyə Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcək

Səfirlik: Türkiyə Azərbaycanla münasibətlərini daha da inkişaf etdirəcək

Türkiyə Səfirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib.

“Həm kədəri, həm də sevinci bölüşdüyümüz qardaş xalqımız Azərbaycanın Müstəqillik Gününü ürəkdən qeyd edirik. Ortaq tariximizə, möhkəm qardaşlığımıza və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq "bir millət, iki dövlət" anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi daha da inkişaf etdirməyə davam edəcəyik. Müstəqillik Gününüz mübarək!”, - paylaşımda qeyd edilib.

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости