İlham Əliyev Serbiya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

İlham Əliyev Serbiya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb.

TodayPress TV xəbər verir ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulanıb.

Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunulub.

Siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

Görüşdə xalqların yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın "Airserbia" şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunulub.

Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости