Prezident İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsini təsdiqlədi

Prezident İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsini təsdiqlədi
29.12.2025 14:40

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi" haqqında qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (bu illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.

Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости