"Məndən salam apar Şuşa qızıma" – Prezidentlə ağbirçəyin səmimi GÖRÜNTÜLƏRİ!

"Məndən salam apar Şuşa qızıma" – Prezidentlə ağbirçəyin səmimi GÖRÜNTÜLƏRİ!
28.05.2026 17:55

Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı ağbirçək qadınla səmimi söhbəti diqqət çəkib.

TodayPress TV həmin dialoqu təqdim edir:

Ağbirçək qadın: Sənə qurban olum, sənin başına dönüm. Nə yaxşı gəlmisən. Bu qapımız Sənin üzünə açıqdır.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə.

Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.

Prezident İlham Əliyev: Onun da salamı var sizə.

Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.

Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz.

Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin.


ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости