Şəhid məzarına DİPLOMAT AXINI - Albert Aqarunova böyük ehtiram

Şəhid məzarına DİPLOMAT AXINI - Albert Aqarunova böyük ehtiram
08.05.2026 10:24

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.

TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

Səfir Ronen Krausz və missiya rəhbərinin müavini Aviv Zell məzarın önünə gül dəstələri qoyublar.

"Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, A.Aqarunov Birinci Qarabağ müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости